DÜNYA

22 Sentyabr

Amerika startapı \"uçan avtomobilin\" sınaq uçuşlarına başlayacaq

Kosmosa səyahət, internet və süni intellekt (AI) kimi yeniliklərə daha bir yenilik əlavə edilir. 

Fins.az xarici mətbuata istinadən xəbər verir.

2023-cü ildə uçan avtomobillər hələ də böyük ölçüdə elmi fantastika hesab edilsə də, ABŞ startapı gələn il bu arzusunu reallaşdırmağa hazırlaşır.

Kaliforniyada yerləşən Alef Aeronautics şirkəti Detroit avtosalonunda 'Model A' adlı uçan avtomobil prototipini təqdim edərkən, bu avtomobilin Federal Aviasiya Administrasiyası tərəfindən sınaq uçuşları üçün təsdiqləndiyini də bildirib.

Hələlik onun uçarkən görüntülərini paylaşmayan şirkət bildirir ki, Model A-nın qarşısında və arxasında iki pervane var və bu, onun şaquli şəkildə qalxıb enməsinə imkan verəcək.

Şirkətin məlumatına görə, elektriklə işləyən avtomobil təqribən 320 km sürmə məsafəsinə malikdir və saatda 160 km-dən çox sürət yığa bilir.

Günel Məlikzadə 
Fins.az