DÜNYA

22 Sentyabr

Bu ölkə 4 günülük iş rejiminə keçir

Almaniyada iri miqyaslı şirkətlər “dörd günlük həftə konsepsiyası” adı altında yeni iş modelini sınamağa hazırlaşır.

Fins.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətlər iş vaxtının azaldıldığı, lakin əmək haqqının və hədəf performansın dəyişməz qaldığı  iş layihəsi üçün müraciət etməyə başlayıblar.

Berlində yerləşən “Intraprenör” idarəetmə konsaltinq şirkətinin təşəbbüsü ilə həyata keçirilən layihədə ən azı 50 şirkətin iştirakı gözlənilir.

Bu iş modeli sınağının bir hissəsi olaraq, iştirakçı şirkətlər 100 faiz performans, vaxtın 80 faizi, 100 faiz ödəniş modelinə əsaslanaraq ən azı altı ay ərzində dörd günlük həftədə sınaq keçirəcəklər.

İntraprenörə görə, şirkətlər layihə zamanı ekspertlərdən faydalana, yeni metodlar öyrənə və digər iştirakçı işəgötürənlərlə fikir mübadiləsi apara biləcəklər.

Günel Məlikzadə
Fins.az