DÜNYA

22 Sentyabr

217 işçi işdən çıxarılıb

Fransada 383 nəfərin çalışdığı “Onclusive” şirkəti yanvar ayından etibarən işçi qüvvəsinin yarıdan çoxunu süni intellektlə əvəz etmək qərarına gəlib.

Fins.az France Inter-in məlumatına istinadən xəbər verir ki, Parisin şimalındakı Courbevoie bölgəsində fəaliyyət göstərən şirkət 217 işçisini işdən çıxaracaq və süni intellektlə əvəz edəcək.

France Inter-ə danışan şirkət rəsmisi Matthew Piercy, süni intellekt də daxil olmaqla yeni texnoloji vasitələrin şirkətə inteqrasiya olunacağını təsdiqlədi və işdən çıxarmalar da daxil olmaqla, 'çətin qərarların' veriləcəyini açıqladı.

Müştərilərə göstərilən xidməti yaxşılaşdırmağı hədəflədiklərini bildirən şirkət rəsmisi köhnə sistemi və infrastrukturu modernləşdirmək istədiklərini və bu çərçivədə süni intellektin töhfəsindən yararlanacaqlarını bildirib.

Qərarın asan alınmadığını deyən rəsmi, ixtisarların şəxsi heyətə təsirinə hazır olduqlarını bildirib.

Günel Məlikzadə 
Fins.az