DÜNYA

22 Sentyabr

Avrozonadan mənfi siqnallar

Avrozonada özəl sektorun sentyabrda daralması, iqtisadiyyatın bu rübdə zəiflədiyini göstərir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir.

SP Global tərəfindən hazırlanan satınalma menecerləri indeksi sentyabrda 47,1 olub, bu da daralmanın 4-cü aydır ki,davam etdiyini göstərir.

Bu dəyər avqust ayı ilə müqayisədə cüzi yaxşılaşma göstərsə də, 50 səviyyəsindən aşağıdda qalıb. İqtisadçılar indeksin 46,5-ə düşəcəyini proqnozlaşdırırdılar.

Hamburq Ticarət Bankının Baş İqtisadçısı Cyrus de la Rubia, "Avrozonanın üçüncü rübdə daralmaya girəcəyini gözləyirik. PMI indekslərini ehtiva edən proqnozumuz, ikinci rüblə müqayisədə 0,4% azalmaya işarə edir"-dedi.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tənəzzüldən xilas olmasına baxmayaraq, Avrozona yüksək enerji qiymətləri, artan borclanma xərcləri və Çinin ixrac bazarında tələbin azalması ilə mübarizə aparır.

Günel Məlikzadə 
Fins.az