DÜNYA

22 Sentyabr

Yaponiya Bankı faiz dərəcələrini dəyişməz saxlayıb

Yaponiya Bankı son pul siyasəti iclasından sonra benchmark kredit dərəcəsi və gəlir əyrisinə nəzarət siyasətində heç bir dəyişiklik etməyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Mərkəzi bank faiz dərəcələrini -0,1 faiz səviyyəsində saxlayıb və 10 illik Yaponiya dövlət istiqrazlarının gəlirliliyini sıfıra yaxın həddə qoyub.

 Yaponiya Bankı uzunmüddətli faiz dərəcələrinin yüksələn inflyasiyaya uyğun olaraq daha çox hərəkət etməsinə imkan vermək üçün gəlir əyrisi nəzarətini yumşaldıb. Bu, Uedanın aprel ayında vəzifəyə gəlməsindən bu yana etdiyi ilk siyasi dəyişiklik olub.

Günel Məlikzadə 
Fins.az