DÜNYA

22 Sentyabr

Asiya fond bazarları BOJ-un faiz qərarından sonra ucuzlaşıb

Asiya-Sakit Okean bazarları Yaponiya Bankının pul siyasətini dəyişməməsilə  geriləyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Mərkəzi bank faiz dərəcələrini -0,1 faiz saxlayıb. 10 illik Yaponiya dövlət istiqrazlarının gəlirliliyini isə sıfıra yaxın həddə qoyub.

BOJ-un qubernatoru Kazuo Ueda, Yaponiyanın davamlı inflyasiyanı 2 faiz səviyyəsində görənə qədər ultra sərbəst pul siyasətinə ehtiyac olduğunu müdafiə etdi. Yaponiyanın əsas inflyasiya rəqəmləri 2022-ci ilin aprel ayından bu hədəfin üzərində çalışır və son məlumat avqust ayı üçün 3,2 faiz təşkil edir.

Yaponiyanın Nikkei 225 indeksi 0,95 faiz, Topix isə 0,69 faiz ucuzlaşıb.

Avstraliyada SP/ASX 200 1,08 faiz itki ilə Asiyada itkilərə səbəb olub. Cənubi Koreyanın Kospi 0,55 faiz, Kosdaq isə 0,59 faiz itirərək daha kiçik itkiyə məruz qalıb.

Honq-Konqun Hang Seng indeksi 0,24 faiz azalıb, materik Çin bazarları da mənfi ərazidə olub, CSI 300 isə 0,11 faiz itirib.

Günel Məlikzadə 
Fins.az