DÜNYA

21 Sentyabr

Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvündən açıqlama

Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Joachim Nagel bildirib ki, avrozonanın davamlı inflyasiya ilə üzləşdiyi bir vaxtda faiz dərəcələrinin pik həddə çatdığını demək üçün hələ tezdir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir.

Nagel Frankfurtda çıxışı zamanı deyib ki, "biz "platoya" çatdıqmı? Bunu hələ dəqiq proqnozlaşdırmaq mümkün deyil. İnflyasiya səviyyəsi hələ də çox yüksəkdir. Və proqnozlar 2% düşməyi hədəfləyir".

Almaniya Mərkəzi Bankının sədri borclanma xərclərinin "kifayət qədər uzun müddət üçün kifayət qədər yüksək səviyyədə" qalacağını söylədi, lakin bunun dəqiq nə demək olduğunun məlumatlardan asılı olacağını əlavə etdi.

Nagel bildirib ki, məqsəd  inflyasiyanın ECB-nin hədəfinə tez bir zamanda qayıtmasıdır.

Günel Məlikzadə 
Fins.az