DÜNYA

21 Sentyabr

İsveç Mərkəzi Bankı faizləri 25 bənd artırıb

İsveç Mərkəzi Bankı bazarı təəccübləndirmədi.

Bank faiz siyasətini 25 bənd artıraraq 4 faizə çatdırıb. Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, iqtisadçılar faiz dərəcəsinin elə bu qədər artırılmasını gözləyirdilər.

Bank faiz dərəcəsini artırsa da, faizlərin daha da arta biləcəyinə dair siqnallar verib. Bank bəyan edib ki, proqnozlar faiz dərəcələrinin daha da arta biləcəyini göstərir.

İsveçrə Milli Bankı isə uçot dərəcəsini 1,75 faiz səviyyəsində saxlayıb. İqtisadçılar faiz dərəcəsinin 2 faiz qaldırılacağını gözləyirdilər.

FED-in bu sərt mövqeyinə qarşi, inkişaf etməkdə olan iki ölkənin mərkəzi bankı isə sentyabr iclaslarında pas qərarı alıblar.

Filippin Mərkəzi Bankı faiz siyasətini 6,25 faiz səviyyəsində müəyyən edib; İndoneziya isə 5,75 faiz səviyyəsində saxlayıb.

Günel Məlikzadə 
Fins.az