DÜNYA

21 Sentyabr

Braziliya faiz dərəcələrini 50 əsas bənd aşağı salıb

Braziliya Mərkəzi Bankı ardıcıl olaraq ikinci dəfə əsas faiz dərəcəsini 50 baza bəndi azaldıb. Bu da monetar ekspansiyanın ən azı ilin sonuna qədər eyni sürətlə davam edəcəyi siqnalını verib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 40 analitikin gözlədiyi kimi, bank Selic indeksini 12,75 faizə endirib.

Komitə vurğulayır ki, zamanla yumşalma dövrünün ümumi miqyası inflyasiya dinamikasından, xüsusən də pul siyasəti və iqtisadi aktivliyə daha həssas olan komponentlərdən, inflyasiya gözləntilərindən, inflyasiya proqnozlarından, istehsal fərqindən asılı olacaq.

Günel Məlikzadə 
Fins.az