DÜNYA

21 Sentyabr

Zəif inflyasiya məlumatlarından sonra bütün gözlər BOE-də

İnvestorlar bu il 100% ehtimalla 25 baz bənd faiz artımının olacağına inanırdılar. Lakin açıqlanan inflyasiya məlumatlarından sonra iclasda bu artımın olub-olmayacağı müzakirə edilir. Açıqlanan məlumatlara görə, ölkədə istehlak inflyasiyası 6,7 faiz azalaraq son 18 ayın ən aşağı səviyyəsinə düşüb.

Fins.az Bloomberg-ə istinadən xəbər ki, bütün iqtisadçıların faiz artımı gözlədiyi halda, Goldman Sachs və Nomura kimi böyük qurumların iqtisadçılarının faiz artımı proqnozlarını geri çəkməsi ilə balanslar dəyişdi. Bununla belə, 57 iqtisadçının median gözləntisi siyasət faizini 25 bənd artıraraq 5,50 faizə çatması yönündədir. Bazardakı qiymətlər bu görüşdə faiz dərəcəsinin sabit saxlanılması ehtimalının 50 faiz olduğunu göstərir.

Bu qiymətləşmə reallaşarsa və faiz dərəcəsi sabit saxlanılarsa, BOE ilk dəfə 2021-ci ilin sonunda başladığı sərtləşdirmə addımlarını dayandıracaq. Bəzi iqtisadçılar və BOE rəsmiləri iqtisadiyyatda yavaşlama və tənəzzüllə bağlı narahatlıqlara diqqət çəksələr də, bəziləri faiz artımının dayandırılmasının inflyasiya üzərində qələbənin çox erkən elanı olacağına inanırlar. JPMorgan Asset Management-in Qlobal Məzənnələr Portfolio Meneceri Kim Krouford deyib: "İngiltərə Bankı üçün faiz dərəcələrinin hazırkı səviyyəsinin - daha uzun müddət saxlanılsa belə - inflyasiyanın hədəfə qaytarılması üçün kifayət olacağına əmin olmaq hələ tezdir".

Günel Məlikzadə 
Fins.az