DÜNYA

21 Sentyabr

Goldman və Nomura-dan Böyük Britaniya təhlili

Goldman Sachs və Nomura, inflyasiyanın gözlənilmədən düşməsindən və investorların İngiltərə Bankının (BOE)  faiz artımı gözləntilərindən geri çəkilməsindən sonra Böyük Britaniyada faiz dərəcələrinin artıq zirvəyə çatdığını söylədi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Goldman iqtisadçıları İbrahim Quadri və Sven Jari Stehn bildiriblər ki, avqust ayında ölkədə illik inflyasiyanın 6,7 faizə enməsi "aşağı istiqamətdə əhəmiyyətli sürpriz" olub.

Nomura-nın böyük BOE eksperti Corc Bakli də öz fikrini dəyişdirən bir not buraxdı:

"Böyük Britaniya inflyasiya məlumatları bu səhər kəskin şəkildə azaldı, zəif xidmət sektoru sürəti hərəkətverici qüvvə oldu. İqtisadi məlumatların son bir ay ərzində zəifləməsi ilə əlaqədar olaraq, BOE qərarına baxışımızı dəyişməyə qərar verdik və indi dərəcələrdə heç bir dəyişiklik gözləmirik".

Günel Məlikzadə 
Fins.az