DÜNYA

20 Sentyabr

AB-dən Belçikaya 700 milyon avro vergi qərarı

Mərkəzi Lüksemburqda yerləşən və Avropa Birliyinin (AB) ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturunda yerləşən Baş Məhkəmə, Belçikanın vergiyə görə aldığı cəriməyə qarşı AB Komissiyasına qarşı açdığı iddia ilə bağlı qərar verib. 

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, məhkəmə, Belçikanın transmilli şirkətlərin törəmə şirkətlərinə verdiyi vergi güzəştlərinin qeyri-qanuni yardım proqramı olduğu qənaətinə gəlib.

Qərarda məhkəmənin 2016-cı ildə AB Komissiyasının Belçikadakı vergi sisteminin ittifaqın ictimai dəstək qaydalarını pozduğuna dair qərarını təsdiqlədiyi bildirilib.

2005-ci ildə Belçikada başlayan və çoxmillətli şirkətlər üçün mövcud olan vergidən azadetmə sistemi 2016-cı ildə Aİ Komissiyası tərəfindən qeyri-qanuni tapılıb.

Komissiya Belçikada vergi sistemindən faydalanan 55 şirkətdən 700 milyon avro ödənilməmiş vergilərin toplanması tələbini irəli sürüb.

Belçika və bəzi şirkətlər bu qərara qarşı AB məhkəməsində məhkəmə prosesi başlatdılar.

Günel Məlikzadə 
Fins.az