DÜNYA

20 Sentyabr

Yaponiyanın ticarət kəsiri avqustda 930,5 milyard yen olub

Yaponiyanın ticarət kəsiri avqustda 66,7 faiz azalaraq 930,5 milyard yen (6,3 milyard dollar) olub. Keçən il 2,79 trilyon yen kəsir yaranmışdı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ticarət kəsiri hələ də 659,1 milyard yen iqtisadçıların gözlədiyindən yüksək idi.

Dünyanın üçüncü ən böyük iqtisadiyyatının həm idxalı, həm də ixracı illik bazda müvafiq olaraq 17,8 faiz və 0,8 faiz azalıb; Bu, iqtisadçıların idxalda 19,4 faiz, ixracda isə 1,7 faiz azalma ilə bağlı gözləntilərindən aşağı olub.

Günel Məlikzadə 
Fins.az