DÜNYA

20 Sentyabr

Çin əsas kredit faiz dərəcəsini dəyişməz saxlayıb

Çin bankları gözləntilərə uyğun olaraq 1 və 5 illik istinad baza faiz dərəcələrini (Loan Prime Rate) dəyişməyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 1 illik istinad baza faiz dərəcəsi 3,45 faiz, 5 illik istinad baza faiz dərəcəsi isə 4,20 faiz səviyyəsində saxlanılıb. Bu qərar FED-in faiz iclası öncəsi yuan üzərində aşağı istiqamətli təzyiq yaratmamaq üçün ehtiyatlı davrandığını göstərdi.

İstinad əsas faiz dərəcələri ümumiyyətlə Çin Xalq Bankının faiz dərəcəsi göstəricisinə uyğun hərəkət edir.

PBOC da keçən həftə faiz dərəcəsini dəyişməz saxladı. Bununla belə, bu model avqust ayında PBOC 15 baza punkt endirim etdikdə və banklar 10 baza punkt endirim etdikdə pozuldu. PBOC Çin banklarının bu boşluğu bu gün 5 bazlıq endirimlə bağlayacağını gözləyirdi.

PBOC-nin pul siyasəti üzrə direktoru Zou Lan, bankın çağırışlara cavab vermək üçün "geniş siyasət sahəsinə" malik olduğunu söylədi. Bu səhər jurnalistlərə danışan Zou, "Mərkəzi Bank kontrsiklik düzəlişləri sürətləndirəcək" -dedi.

Bank of New York Mellon-un baş bazar strateqi Wee Khoon Chong dedi: “Gələn ay daha da yumşaldıcı addımlar və stimullaşdırıcı tədbirlərin mümkünlüyünü görürük. Biz faiz dərəcəsinin azaldılmasını istisna etmirik, lakin hesab edirik ki, fiskal genişlənmə faiz dərəcəsinin azaldılmasından daha böyük təsir göstərəcək”.

Günel Məlikzadə 
Fins.az