DÜNYA

19 Sentyabr

ABŞ-da mənzillərin başlanğıcı son üç ilin ən aşağı həddinə çatıb

ABŞ Ticarət Departamenti avqust ayı üçün mənzillərin başlanöıcı və tikintiyə icazələrin statistikasını dərc edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, mənzil başlanğıclar avqust ayında bir ay əvvələ görə yüzdə 11,3 azalaraq 1 milyon 283 minə gerilədi.

2020-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşən və gözləntilərin altında qalan mənzil başlanğıclarının bu dövrdə 1 milyon 440 min olacağı gözlənilirdi. İyulda mənzil açılışları yüzdə 2 artaraq 1 milyon 447 minə çatdı.

Ölkədə mənzil başlanğıcları avqust ayında illik bazda yüzdə 14,8 azaldı.

Günel Məlikzadə 
Fins.az