DÜNYA

19 Sentyabr

Avrozonada inflyasiya gözləntilərin altındadır

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin avqust ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Avrozonada iyulda yüzdə 5,3 olan illik inflyasiya avqustda yüzdə 5,2 olaraq ölçüldü.

Avqust ayında Avrozonada inflyasiya bir əvvəlki aya görə yüzdə 0,5 oldu.

Avro Bölgəsinin aparıcı məlumatlarında avqust ayı inflyasiyası illik 5,3 faiz, aylıq isə 0,6 faiz olaraq açıqlanıb. Yekun məlumatlar ilkin məlumatlardan aşağı idi.

Aİ-də iyulda yüzdə 6,1 olan illik inflyasiya avqustda yüzdə 5,9 olaraq təyin olundu.

2022-ci ilin avqustunda inflyasiya Avrozonada 9,1 faiz, Aİ-də isə 10,1 faiz təşkil edib.

Günel Məlikzadə 
Fins.az