DÜNYA

19 Sentyabr

Fransa ECB üzvündən açıqlama

Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Fransua Villeroy de Galhau bildirib ki, bank inflyasiyaya nəzarət etmək üçün lazım olan müddət ərzində depozit faizini 4 faiz səviyyəsində saxlaya bilər.

Fins.az Bloomberg-ə istinadən xəbər veir ki, bu bəyanat ECB üzvünün faiz dərəcəsinin daha da artırılmasının tərəfdarı olmadığı kimi şərh edilib.

ECB keçən həftə keçirdiyi iclasda ardıcıl 10-cu faiz artımını etdi. Prezident Christine Laqarde, çatdığı səviyyələrin pik həddə olub olmadığı ilə bağlı dəqiq bir açıqlama verməsə də, bank daxilindəki şahin üzvlər, keçən həftəki qərarın son faiz artımı olmaya biləcəyinə dair açıqlamalar verdi.

La Croix qəzetinə danışan Villeroy, bu xəstəliyin müalicəsi üçün həll yolu olan faizlərdə israr etmək lazımdır. Biz ECB-nin faiz dərəcələrini lazım olduğu qədər indiki 4 faiz səviyyəsində saxlayacağıq” dedi. Məşhur iqtisadçı Nouriel Roubini, staqflyasiya riskini aradan qaldırmaq üçün həm ECB, həm də İngiltərə Bankının faiz dərəcələrini daha da artırması lazım olduğunu söylədi.

Bədbinliyi ilə tanınan Roubini, neft qiymətlərindəki son artımın başlıq inflyasiyasını yüksək tutacağını və pul siyasətinin yumşaldılması ilə bağlı hər hansı bir söhbətin tez olacağını söylədi.

Günel Məlikzadə 
Fins.az