DÜNYA

19 Sentyabr

ABŞ-da 10 illik təhvil faizində gözlənti yüzdə 2,5

Qurumun fond idarəçilərindən Metyu Şeridan FED-in faiz dərəcələrini azaltmağa başlaması ilə gələn il 10 illik ABŞ istiqrazlarının gəlirliliyinin 2,5-3 faiz aralığına düşəcəyini proqnozlaşdırıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 10 illik ABŞ istiqrazının gəlirliliyi ilin əvvəlindən 430 baza bəndindən çox artıb və hazırda 4,31 faiz səviyyəsindədir.Sheridan tərəfindən idarə olunan Amerika Gəlir Portfeli fondu bu il təxminən 2 faiz artaraq oxşar fondların 75 faizini üstələyib.

Şeridanın strategiyası FED-in faiz dərəcələrini daha da artırmayacağına dair gözləntilərə əsaslanır. Çərşənbə günü faiz qərarını açıqlayacaq FED-in bu toplantıda paylaşacağı nöqtə planı, yəni üzvlərin gələcək faiz gözləntiləri bu baxımdan əhəmiyyətli bir göstərici olacaq.

"10 illik ABŞ istiqrazına sahib olmağın risk-gəlir nisbəti bizim fikrimizcə cəlbedicidir" -dedi Sheridan. “Əsl sual FED-in faiz dərəcələrini bu yüksək səviyyədə nə vaxta qədər saxlayacağıdır?

Günel Məlikzadə 
Fins.az