DÜNYA

18 Sentyabr

ECB rəsmisi hökumətləri inflyasiya ilə bağlı tədbirlər görməyə çağırır

Pul siyasəti inflyasiya ilə mübarizədə üzərinə düşəni etdi və indi yanğının bir hissəsini söndürmək fiskal siyasətin üzərinə düşür.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvü Yannis Stournaras deyib.

Yunanıstan Bankının Başçısı Stournaras  qeyd edib ki, daha məhdudlaşdırıcı fiskal mövqe ECB siyasətinə müsbət bir strateji əlavə olmaqla yanaşı, həm də dövlət borcunun etibarlılığını artırmağa və banklarla əlaqəni yumşaltmağa kömək edəcək.

Keçən həftə ECB-nin iclasında prezident Laqarde faiz dərəcələrinin pik səviyyəyə çatdığını deyə bilməyəcəyni açıqlayıb.

Mətbuat konfransında danışan və sualları cavablandıran Laqard vurğulıayıb ki, mövcud qiymətləndirmə çərçivəsində inflyasiyanın vaxtında hədəfə qaytarılmasına kifayət qədər töhfə vermişik və dediyim kimi, hər iki element vacibdir: kifayət qədər məhdudlaşdırıcı səviyyə və müddət.

"Aydındır ki, diqqət yəqin ki, bir az daha uzun müddətə dəyişəcək, lakin bu, bizim zirvədə olduğumuz demək deyil, çünki biz bunu indi deyə bilmərik" Laqard deyib.

Günel Məlikzadə 
Fins.az