DÜNYA

15 Sentyabr

Rublun ucuzlaşması inflyasiya riskini artırır

Rusiya Mərkəzi Bankı növbəti iclasında uçot dərəcəsini 12 faizdən 13 faizə qaldırıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, iqtisadçıların əksəriyyəti belə bir artımı nəzərdə tutmasa da, pul bazarlarında 100 baz bəndlik faiz artımı qiymətləndi.

Rusiya Mərkəzi Bankının açıqlamasında deyilir: “Faiz dərəcəsinin daha da artırılıb-artırılmaması qarşıdakı görüşlərdə qiymətləndiriləcək”.

"Ciddi inflyasiya riskləri möhkəmlənib", - bank bildirib. “Daxili tələbin artımı istehsal gücünü üstələyir və yay aylarında rublun ucuzlaşması inflyasiya risklərini artırır.

Günel Məlikzadə 
Fins.az