DÜNYA

15 Sentyabr

Qazaxıstan və Türkiyə birgə PUA istehsal edəcək

Qazaxıstan Türkiyə ilə birlikdə pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.

Fins.az xəbər verir ki, bunu Qazaxıstanın müdafiə nazirinin müavini Sultan Kəmaləddinov məlumat yayıb.

Nazir müavini hazırda Qazaxıstanda İsrail və Çin istehsalı PUA-ların olduğunu, Türkiyə ilə PUA istehsalı üzrə birgə müəssisənin yaradılması üzrə işlərin isə artıq başladığını bildirib.Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu yaxında Qazaxıstanın müdafiə sənayesi sahəsində idxaldan asılılığı azaltmalı olduğunu deyib.

©Trend