DÜNYA

15 Sentyabr

Çin qlobal bazara necə təsir edir?

Yeni ticarət günündə müsbət Çin məlumatlarının təsiri Asiya Sakit Okean bazarlarında hiss olunur.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Amerika fyuçersləri müsbət atmosferin davam edəcəyini göstərir. SP 500 fyuçersləri 0,2 faiz bahalaşıb. İxracatı Çin tələbindən asılı olan Avstraliyanın pul vahidi Avstraliya dolları Çin məlumatlarından sonra dollar qarşısında 0,4 faiz bahalaşıb.

Offşor yuan da dollar qarşısında eyni sürətlə bahalaşır.

Dollar İndeksi 0,1 faiz mənfi və 1253 punktdadır. ABŞ-ın 10 illik istiqrazlarının faizi bir baz bəndi azalaraq 4,28 faizə düşüb. Qızılın unsiyası 0,2 faiz artaraq 1915 dollardan alınır.

Günel Məlikzadə
Fins.az