DÜNYA

14 Sentyabr

Çindən Aİ-nin istintaqına cavab: "bu münasibətləri ciddi şəkildə pozacaq"

Pekin Aİ-nin Çinin elektrik avtomobil sənayesinə subsidiyaya qarşı araşdırmasını “çılpaq proteksionist hərəkət” kimi qiymətləndirib və istintaqla bağlı ilk rəsmi şərhində bunun münasibətlərə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,Çinin Ticarət Nazirliyi şirkətlərinin "qanuni hüquqlarını" qoruyacağına söz verərkən, Aİ-yə Avropa istehsalçılarının dünyanın ikinci ən böyük iqtisadiyyatında güclü mövcudluğunu və uzun tarixini xatırlatdı.

"Bu, Aİ daxil olmaqla qlobal avtomobil sənayesi təchizat zəncirini ciddi şəkildə pozacaq və təhrif edəcək və Çin-Aİ iqtisadi və ticarət əlaqələrinə mənfi təsir göstərəcək açıq-aşkar proteksionist hərəkətdir", - nazirliyin bəyanatında deyilir.

Günel Məlikzadə 
Fins.az