DÜNYA

14 Sentyabr

Türkiyə Aİ-nin Rusiyaya qarşı olan sanksiyalarını tənqid edib

Türkiyə və Avropa İttifaqı ölkənin dayanmış  üzvlük danışıqlarını canlandırmaq üçün yeni bir səy göstərdiyi  vaxtda Ankara Avropa Parlamentinin Rusiyaya qarşı olan sanksiyaların həyata keçirilməsindəki israrını tənqid edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Türkiyə Aİ və ABŞ-ın Rusiyanı Ukraynaya müdaxiləsinə görə cəzalandırma kampaniyasına qoşulmaq üçün getdikcə artan təzyiqlərə məruz qalır. Türkiyə Birləşmiş Millətlər Təşkilatının məcburi cəzalarını tətbiq etməklə yanaşı, Kiyev və Moskva arasında özünün elan etdiyi vasitəçilik cəhdlərini çətinləşdirə biləcək hər hansı digər sanksiyalara qoşulmaqdan imtina edir.

Günel Məlikzadə 
Fins.az