DÜNYA

13 Sentyabr

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay uzadıb

Aİ Şurasından verilən açıqlamada, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin daha 6 ay müddətində uzadılmasına qərar verildiyi bildirilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, açıqlamada, təxminən 1800 şəxs və quruma qarşı səyahət , aktivlərin dondurulması, pul və ya iqtisadi resursların köçürülmə qadağalarının daxil olduğu sanksiyaların 15 Mart 2024-cü ilə qədər uzadıldığı bildirilib. Xatırladaq ki, bu sanksiyalar Ukraynadakı müharibə səbəbindən tətbiq edilib.

Açıqlamada bildirilib ki, qiymətləndirmə nəticəsində 4 nəfərin sanksiya siyahısından çıxarılmasına qərar verilib.

Bu şəxslərin və təşkilatların bir çoxu Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra sanksiya siyahısına daxil edilib.

Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib.

Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar və qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edildi.

Günel Məlikzadə 
Fins.az