DÜNYA

13 Sentyabr

İngiltərədə işsizlik səviyyəsi artıb

Böyük Britaniyada  işsizlik 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb, işçilərin sayı və özəl sektorda maaş artımı azalıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, ölkədə iyun ayında  4,2% olan işsizlik iyulda  4,3%-ə yüksəlib. İqtisadçılar arasında keçirilən sorğuda iyul ayında işsizliyin 4,3 faiz artacağı proqnozlaşdırılıb.

İyulda ölkədə bonuslar nəzərə alınmadan illik gəlirlər 7,8 faiz artıb. ONS açıqlamasında iyul ayının gəlir artımının 2001-ci ildən bəri ən yüksək illik artım olduğu ifadə edilib.

Günel Məlikzadə 
Fins.az