DÜNYA

13 Sentyabr

Cənubi Koreyada işsizlik səviyyəsi aşağı düşdü

Cənubi Koreyada işsizlik səviyyəsi iyulda görülən 2,7 faizlə müqayisədə avqust ayında rekord səviyyəyə enərək 2 faizə düşüb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Koreya Statistikasına görə, bu, 1999-cu ilin iyunundan bəri qeydə alınan ən aşağı səviyyə idi.

Mövsümi təsirlərdən təmizlənmiş əsasda işsizlik iyulda 2,8 faizlə müqayisədə avqustda 2,4 faiz təşkil edib.

Günel Məlikzadə 
Fins.az