DÜNYA

13 Sentyabr

Neft bazarlarında son16 ilin ən böyük kəsri yarana bilər

Səudiyyə Ərəbistanının hasilatın azaldılmasını uzatmaq qərarından sonra növbəti rübdə qlobal neft bazarlarında gündəlik 3 milyon bareldən çox tədarük kəsiri yaranacağı gözlənilir. Bu rəqəm son on ildən artıqdır ki, ən böyük kəsirdir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açıqladığı son məlumatlar, rekord tələb dövründə Səudiyyə Ərəbistanının tədarükün kəsilməsinin Londonda neftin qiymətinin 90 dollar/bareldən yuxarı qalxmasına səbəb olduğunu göstərir.