DÜNYA

13 Sentyabr

Böyük Britaniya iqtisadiyyatı son 7 ayın ən sürətli kiçilməsini yaşayır

Böyük Britaniya iqtisadiyyatı  son 7 ayın ən sürətli  kiçilməsini yaşayır.  İctimai xidmətlərdəki tətillər, iyul ayındakı rütubətli havanın pərakəndə satış və tikinti işlərini yavaşlatması bunun əsas səbəblərindən biridir.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Milli Statistika İdarəsinin çərşənbə günü verdiyi məlumata görə, ümumi daxili məhsulun iyun ayında 0,5% artımdan sonra 0,5% azalıb. İqtisadçılar isə azalmanı 0.2% gözləyirdi.

Günel Məlikzadə 
Fins.az