DÜNYA

12 Sentyabr

Polşa hökuməti Ukrayna taxıl idxalına qoyulan qadağanı uzadacaq

Polşa Avropa İttifaqının hazırkı məhdudiyyətlərinin cümə günü başa çatmasından sonra Ukraynadan taxıl idxalına qoyulan qadağanı uzadacaq.

 

Fins.az "Bloomberg"- ə istinadən xəbər verir ki, bu baradə Polşanın kənd təsərrüfatı naziri Robert Telus müsahibəsində deyib. O, bildirib ki, bu,  müharibədən əziyyət çəkən şərq qonşusu və  Brüssellə gərginliyini artıracaq:

"Varşava hökuməti çərşənbə axşamı qərarı təsdiq edəcək. Biz əminik ki, Aİ  mövcud məhdudiyyətlərin uzadılmasına icazə verəcək, amma bunu etməsə, biz polşalı fermerlərin xeyiri üçün sərt davranacağıq".

Günel Məlikzadə 
Fins.az