DÜNYA

11 Sentyabr

Hədəfi böyüdü: Yaxın Şərq 5 ildən sonra yeni Avropa olacaq

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman birləşməyə söz verdiyi Yaxın Şərqin yeni Avropa olacağını iddia edib.

Fins.az xarici mənbəyə istinadən xəbər verir ki, Vəliəhd şahzadə Məhəmməd bin Salman ərəb liderləri ilə təkbətək görüş keçirib. Bin Salman görüşdən sonra çıxışında Yaxın Şərqi dünyanın yeni nəhənginə çevirəcəyini iddia edib.

Məhəmməd bin Salman "Səudiyyə Ərəbistanı 5 ildən sonra tamam başqa bir ölkə olacaq. Bu, Səudiyyəlilərin müharibəsidir. Bu mənim müharibə." sözlərini işlədib. Son olaraq çıxışında, "Ölmədən əvvəl Yaxın Şərqi dünyanın zirvəsində görmək istəyirəm. Siyasi olaraq ziddiyyətdə olduğumuz Bəhreyn, Küveyt və hətta Qətər çox fərqli olacaq" fikirlərini səsləndirib.

 

 

© big.az