DÜNYA

11 Sentyabr

Rusiya Aİ ölkələri ilə diplomatik əlaqələri müvəqqəti olaraq dayandırmalıdır - Medvedev

Rusiya Avropa İttifaqı (Aİ) ölkələri ilə diplomatik əlaqələri müvəqqəti olaraq dayandırmalıdır.

Fins.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.

Medvedev bu təklifini Aİ ölkələri tərəfindən Rusiya vətəndaşlarının Aİ-yə şəxsi əşyalarını aparmasına qoyulan qadağa ilə əsaslandırıb.

Avropalı rəhbərləri "irqçi" adlandıran Rusiya Təhlükəsizlik Şurasının sədr müavini diplomatik personalın Rusiyaya geri çağırılmasını təklif edib. Onun sözlərinə görə, bu, Brüsseldə ciddi narahatlığa səbəb olacaq, belə ki, "səfirliklər müəyyən hadisələrdən əvvəl təxliyə edilir".

©Trend