DÜNYA

11 Sentyabr

Belarus Çinlə strateji əlaqələrini genişləndirir

Belarusun müdafiə naziri Viktor Xrenin Çinə rəsmi səfər edəcək.

Bu barədə Belarus müdafiə nazirinin köməkçisi Valeri Revenko məlumat verib.

“Yaxın vaxtlarda Belarus Respublikasının müdafiə nazirinin Çin Xalq Respublikasına rəsmi səfəri olacaq və orada indi razılaşdığımız məsələlər aydın şəkildə müzakirə olunacaq. Səfər əlamətdar səfərdir, strateji səviyyədədir, bizim yaxşı razılaşmalarımız var, amma siz hər şeyi irəlidə eşidəcəksiniz”, - deyə o, STV kanalının efirində bildirib.

Xartladaq ki, Çinin müdafiə naziri avqustun 16-dan 18-dək Belarusda rəsmi səfərdə olub. O, hərbi idarənin rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin Prezident Aleksandr Lukaşenko ilə görüşüb.

 

© azertac