DÜNYA

08 Sentyabr

Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5%-ə yaxınlaşıb

Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5%-ə yaxınlaşıb.

Fins.az-ın məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, bu ilin 7 sentyabr tarixinə Avropada qaz anbarlarının doluluq səviyyəsi sutkada 0,05 faiz bəndi artaraq 93,47 % təşkil edib.

Qeyd olunan tarixə, anbarlarda olan qazın həcmi 103,4 mlrd. kubmetrə çatıb.