Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ADNOC Gas şirkəti ilə Çinin dövlətə məxsus “PetroChina” şirkəti arasında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü müqaviləsi imzalanıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ADNOC Gas tərəfindən edilən yazılı açıqlamada BƏƏ ilə Çin arasında ikitərəfli əlaqələr çərçivəsində bağlanan LNG müqaviləsinin maliyyə dəyərinin 450 milyon dollar ilə 550 milyon dollar arasında olduğu bildirilib.
Açıqlamada LNG sahəsində müqavilənin müddəti, nə qədər LNG ixrac ediləcəyi və onun qüvvəyə minmə tarixi ilə bağlı detallar yer almayıb.
ADNOC Gas iyul ayında Hindistanın Indian Oil Corporation Limited (Iocl) ilə və avqust ayında Yaponiyanın dövlətə məxsus Japan Petroleum Exploration (JAPEX) şirkəti ilə LNG tədarükü üçün müqavilə bağlayıb.
Zəminə Hüseyn
Fins.az