DÜNYA

08 Sentyabr

40 min 500 nəfər Bitcoin milyonçusudur

"Henley Partners" tərəfindən dərc edilən hesabata görə, dünyada təxminən 425 milyon insan kriptovalyuta ticarəti edir.

Fins.az-ın məlumatına görə, onların təxminən yarısı, yəni 200 milyonu aparıcı kriptovalyuta olan "Bitcoin"ə (BTC) sahibidir.

Bildirilir ki, dünyada 88 min 200 nəfərin kriptoaktivlərinin dəyəri 1 milyon dollardan çoxdur. Kriptoaktivində 100 milyon dollardan çox olan insanların sayı 182-dir. Kriptovalyuta milyarderlərinə nəzər saldıqda, bu rəqəmin cəmi 22 olduğunu görürük. Beləliklə, 22 nəfərin kriptoaktivlərinin dəyəri 1 milyard dollardan çoxdur.

Hesabata əsasən, 40 min 500 nəfər "Bitcoin" milyonçusudur. Milyarderlərin sayı cəmi 6-dır.

©Trend