DÜNYA

08 Sentyabr

İFO, 2024-cü il üçün artım proqnozunu aşağı salıb

Almaniyanın aparıcı iqtisadi beyin mərkəzlərindən biri olan İqtisadi Tədqiqatlar İnstitutu (İFO), bu il Almaniya iqtisadiyyatında 0,4 % azalma, 6 % inflyasiya və təxminən 2,6 milyon işsiz adam gözlədiyini bildirdi.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, qurum həmçinin 2024-cü il üçün artım proqnozunu 1,5 %-dən 1,4 %-ə endirib.

Baş ofisi Münhendə yerləşən İFO, iyun ayında paylaşdığı Almaniya iqtisadiyyatı üçün 2023-2024-cü illəri əhatə edən artım proqnozlarını yenilədi.

Qlobal inkişafın ləngiməsi, ixracın azalması, yüksək enerji qiymətləri, sənaye istehsalının azalması və istehlakçıların artan inflyasiya ilə mübarizə səyləri də Almaniya iqtisadiyyatına mənfi təsir göstərir.

Kiel Dünya İqtisadiyyatı İnstitutu (IfW) Almaniya iqtisadiyyatının bu il 0,5 % azalacağını gözləyir.

Zəminə Hüseyn
Fins.az