DÜNYA

07 Sentyabr

Azərbaycanın Türkiyədən hazır geyim idxalı artıb

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz artıraraq, 49,9 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Vurğulanıb ki, avqust ayında Türkiyə Azərbaycana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 13,7 faiz azaldaraq, 5,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azalaraq, 13,2 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 16,7 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,9 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 20,2 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.