DÜNYA

07 Sentyabr

Aİ Rusiyanın dondurulmuş aktivlərindən gəlir əldə etmək istəyir

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən gəlir əldə etməyi planlaşdırır.

Fins.az “Bloomberg” ə istinadən xəbər verir.

Aİ-nin üzvləri İspaniya, Belçika, İtaliya, Fransa və Almaniya rəsmiləri ilə görüşlər keçirəcək.

“Rusiya Mərkəzi Bankının Aİ-də aktivlərinin təxminən 3 milyard avro gəlir gətirəcəyi gözlənilir”, - deyə hesabatda bildirilib.