DÜNYA

07 Sentyabr

İsveç hökuməti atmosferə sıfır tullantılar səviyyəsinə nail olmaq üçün proqramın büdcəsini artırır

Gələn il İsveç hökuməti istixana qazlarının sıfır emissiya səviyyəsinə nail olmaq üçün “Klimatklivet” proqramının büdcəsini 72 milyon dollar artıracaq.

Fins.az xəbər verir ki, bu barədə bu gün İsveç ekologiya və ətraf mühit naziri Romina Pormoxtari məlumat verib.

“Klimatklivet” – bələdiyyələrə və şirkətlərə atmosferə tullantıları azaldan layihələr üçün vəsaitlərin verilməsi ilə bağlı müraciət etmək imkanı verən investisiya dəstəyidir.

Romina Purmoxtarinin sözlərinə görə, 2025-ci ildə “Klimatklivet” proqramının gücləndirilməsinə - 180 milyon dollar, 2026-cı ildə isə - 225 milyon dollar sərf olunacaq.

Ümumilikdə, nazir iqlim layihələrinə 360 milyon dollar məbləğində büdcə investisiyaları təqdim edəcək.

2024-cü ilin büdcəsində, həmçinin elektromobil alanlar üçün bonuslar şəklində 117 milyon dollar nəzərdə tutulur. Hökumət bonusu ləğv etdi, lakin yeni pullar elektromobil artıq sifariş etmiş insanlara veriləcək.

Hökumət həmçinin elektromobil alan və ya icarəyə götürmək istəyən hər kəs üçün təkrar emala görə illik mükafat tətbiq etmək istəyir. Bu, 2024-cü ildə təqribən 23 milyon dollar təşkil edir, həmin məbləğ 2025-ci ildə də nəzərdə tutulur.