DÜNYA

06 Sentyabr

ABŞ-ın xarici ticarət kəsiri iyulda 65 milyard dollara çatıb

ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, idxal və ixracın artması ilə xarici ticarət kəsiri 2% artaraq 65 milyard dollara çatıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da idxal və ixracın artması ilə xarici ticarət kəsiri 65 milyard dollara çatıb.

İqtisadçıların orta hesablamasına görə, xarici kəsir 68 milyard dollar olacaq idi.

İyulda ixracat 1,6 % artaraq 251,7 milyard dollar olub. Beləliklə, ixrac 3 aylıq enişdən sonra ilk dəfə artıb. İdxal 1,7 % artaraq 316,7 milyard dollara çatıb.

Zəminə Hüseyn
Fins.az