DÜNYA

06 Sentyabr

Avrozonada pərakəndə satışlar azalıb

Avropa Statistika İdarəsi (Eurostat) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün pərakəndə satış məlumatlarını dərc edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avrozonada pərakəndə satışlar iyulda əvvəlki aya görə 0,2% azalıb.

Məlumata görə, Aİ-də pərakəndə satışlar iyulda əvvəlki ayla müqayisədə 0,3 %, keçən ilin eyni dövrü ilə müqayisədə isə 1,2 % azalıb.

Avrozonada pərakəndə satışlar iyulda iyun ayına nisbətən 0,2%, əvvəlki ilin eyni dövrünə görə isə 1% azalıb. 

İllik əsasda pərakəndə satış Sloveniyada 16,3 %, Estoniyada 8,6 %, Macarıstanda isə 7,6% azalıb.

Zəminə Hüseyn
Fins.az