DÜNYA

06 Sentyabr

Avstraliyada artım gözləntiləri üstələyib

Avstraliya iqtisadiyyatı ikinci rübdə illik müqayisədə 2,1 % artıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, iqtisadçıların gözlədiyi 1,8 %-dən çox idi.

Ancaq bu rəqəm birinci rübdə qeydə alınan 2,3 % illik artımdan aşağı olub.

Rüblük əsasda ÜDM ardıcıl yeddinci rüb üçün 0,4% artıb.

Zəminə Hüseyn
Fins.az