DÜNYA

05 Sentyabr

Türkiyədə keçən ay 312 min daşınmaz əmlak satışı edilib

Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Sənəd və Kadastr Baş İdarəsi səlahiyyətlilərindən əldə edilən məlumata görə, avqust ayında 312 min 339 daşınmaz əmlak alqı-satqı əməliyyatı edilib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu satış əməliyyatlarından 5 milyard 109 milyon 465 min 415 lirə sənəd haqqı gəliri əldə edilib.

Avqustda qeydə alınan əməliyyatlar 275 556 daşınmaz əmlak satışının edildiyi iyul ayına nisbətən 13% artıb.

Ən çox daşınmaz əmlakın satıldığı il 29 min 992 ilə İstanbul olub.

Ankara 18 min 622 , İzmir 13 min 68, Konya 11 min 486, Bursa 10 min 978, Antalya 9 min 569, Tekirdağ 8 min 251, Qaziantep 8 min 36, Balıkəsir 7 min 934 və 6 min 975 ilə Mersin satıb. 

Zəminə Hüseyn
Fins.az