DÜNYA

05 Sentyabr

Avrozonada istehsalçı qiymətləri aşağı düşüb

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın iyul ayı İstehsalçı Qiymətləri İndeksi (ÜFE) məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki,  Avrozonada ÜFE iyul ayında aylıq bazda 0,5% azaldı.

Məlumata görə, Aİ-də ÜFE iyul ayında əvvəlki ayla müqayisədə 0,6 %, 2022-ci ilin iyul ayına görə isə 6,6 % azalıb.

Avrozonada isə illik bazda isə 7,6 % azalıb.

Bazar gözləntiləri Avrozonada ÜFE-nin aylıq 0,6 % və illik 7,6 % azalacağı idi. Beləliklə, Avrozonada ÜFE aylıq bazda gözləntilərə yaxın və illik gözləntilərə uyğun olub.

Aİ ölkələri arasında iyul ayında illik bazda ÜFE ən çox azalan ölkə 39,5% ilə İrlandiyada, 18,1% ilə Bolqarıstanda və 13,8% ilə İtaliyada qeydə alınıb. İllik ÜFE Macarıstanda 18,8 %, Slovakiyada 17,8 % və Sloveniyada 6,8% artıb.

Zəminə Hüseyn
Fins.az