HSBC və JPMorgan-dan sonra BofA Securities Türkiyə üzrə il sonu inflyasiya proqnozunu artırıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, TCMB-nin yerli seçkilərdən əvvəl faiz artımını dayandıracağı, seçkilərdən sonra da davam edəcəyi proqnozlaşdırılırdı.
Proqnozları üstələyən avqust ayı inflyasiya məlumatlarından sonra bəzi qurumlar inflyasiya və faiz proqnozlarına yenidən baxıblar.
BofA Securities iqtisadçısı Zümrüt İmamoğlu paylaşdığı hesabatda Türkiyədə avqust inflyasiyasının proqnozları aşması səbəbindən daha çox faiz artımına ehtiyac olduğunu bildirib.
“İnflyasiya TCMB-nin ilin sonu hədəfindən yüksəkdir”
İnflyasiyanın avqust ayında 59%-a çatdığını xatırladan qurum, il sonu inflyasiya gözləntisini 58%-dən 70%-ə yüksəltdi. 2024-cü il üçün gözlənti də 38 %-dən 40 %-ə yüksəldi.
Gələn ilin may ayında inflyasiyanın 78 %-ə çatacağı proqnozlaşdırılır. Əvvəlki gözlənti 65 % idi.
Zəminə Hüseyn
Fins.az