DÜNYA

05 Sentyabr

Yaponiyada ev təsərrüfatlarının xərcləri gözləniləndən çox azalıb

Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin yaydığı məlumatlara görə, istehlakçıların avtomobil və telekommunikasiya xərclərini azaltması nəticəsində iyul ayında xərclər aylıq 2,7 % azalıb, bu, 2022-ci ilin fevralından bəri ən böyük azalmadır.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ev təsərrüfatlarının xərcləri iyul ayında ötən ilin eyni ayına görə 5,0 % azalıb.

Bu rəqəm analitiklərin təxminlərindən iki dəfə çoxdur.

İyul ayında əsas istehlak qiymətləri əvvəlki ilə nisbətən 3,1% artıb.

Zəminə Hüseyn
Fins.az