DÜNYA

04 Sentyabr

Aİ-nin Rusiya istehsalı ənənəvi enerji daşıyıcılarından asılılığı azalıb

İki il ərzində Avropa İtiifaqının Rusiyadan idxal olunan ənənəvi enerji daşıyıcılarından asılılığı əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə Fins.az Avropa İtiifaqının statistika üzrə qurumuna (“Eurostat”) istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin iyun ayının sonuna 2021-ci ilin eyni dövrü ilə müqayisədə Aİ-nin Russiya neftindən asılılığı 29,2%-dən 2,3%-ə, qazdan isə asılılıq 38,5%-dən 12,9%-ə enib.

Öz növbəsində, hesabat dövründə Avropanın Rusiya istehsalı kömüründən istifadəsi 45%-dən sıfıra enib.