Hollandiyanın İstanbuldakı baş konsulu Arjen Uijterlinde, Hollandiya ilə Türkiyə arasındakı ticarət həcminin bu ilin ilk yarısında 6,8 milyard dollara çatdığını ifadə edərək, "Bu il ticarət həcminin 12,5 milyard dollara çatma ehtimalı yüksəkdir"- deyə bildirib.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Hollandiya ilə Türkiyə arasındakı əlaqələrin uzun və zəngin tarixə malik olduğunu ifadə edən Uijterlinde, ilk Hollandiya səfirinin 1612-ci ildə İstanbula gəldiyini açıqlayıb.
Türkiyə Hollandiyaya mineral yanacaq, hazır geyim və ümumiyyətlə tekstil məhsulları, maşın və hissələri, plastik məmulatlar, mebel, metal mallar ixrac edir.
Arjen Uijterlinde, keçən il Hollandiyanın 863 milyon dollarlıq birbaşa xarici investisiya axını ilə Türkiyədə birinci olduğunu bildirdi.
Zəminə Hüseyn
Fins.az