Almaniya Federal Statistika İdarəsi (Destatis) Almaniyanın iyul ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Almaniyanın ixracatı qlobal iqtisadiyyatdakı tənəzzül səbəbiylə iyul ayında aylıq 0,9 % azalıb.
İxracat iyul ayında bir əvvəlki aya görə 0,9 % azalaraq 1,5 % azalma gözləməsinə baxmayaraq 130,4 milyard avroya gerilədi.
2022-ci ilin iyul ayı ilə müqayisədə ixrac 1 %, idxal isə 10,2 % azalıb.
İyulda idxal 1,4 % artaraq 114,5 milyard avroya çatıb.
Almaniyanın xarici ticarət profisiti 15,9 milyard avro olub. 2022-ci ilin iyul ayında sözügedən profisit 4,2 milyard avro olaraq qeydə alınıb.
Zəminə Hüseyn
Fins.az